Gənclər Günü ilə əlaqədar konfrans keçirilib

Tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova və UBR Məhnaz Süleymanova 10 və 11 sinif şagirdləri ilə birgə 2 fevral - Gənclər Günü ilə əlaqədər konfrans keçiriblər. Tədbirin əvvəlində Dövlət Himni səslənib. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda çıxış edən M. Əsgərova xalqımızın ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edildiyini xatirladıb. O qeyd edib ki, Ulu Öndərin gənclər siyasətinin nəticəsi olaraq gənclərimiz dövlət idarəçiliyinin bütün sahələrində fəal iştirak etməyə başlayıblar. Gənclərə daim böyük etimad göstərən Heydər Əliyev vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq”. Bildirilib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli təbəqə kimi formalaşmasında Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti mühüm rol oynayır. 11"A" sinif şagirdi Əhmədzadə Əliəkbər öz çıxışında keçmiş və müasir gənclər arasında müqayisəyə öz fikrini bildirib. Hacıyev Ağahüseyn dövlətimizin gənclərə göstərdiyi qayğıdan, Rəhmanova Ellada Vitse-prezident Mehriban Əliyevanın incəsənətə qayğısından, 10"A" sinif şagirdi Quliyev Murad gənclərimizin xaricdə təhsil almaları üçün yaradılan şəraitdən danışıb. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Günü ilə bağlı sosial media hesabında gəncləri təbrik etməsi paylaşımı nümayiş edilib. Sonda məktəbin fəxri, Şəhid Samir Əliyevin büstünün qarşısında xatirə şəkli çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi