Məktəbdə "Coğrafiya aylığı" çərçivəsində tədbir keçirilib

Bu gün məktəbimizdə coğrafiya aylığı çərçivəsində tədbir keçirilib. Dəmirçiyeva Esmiranın rəhbərliyi ilə təşkil olunmuş tədbir “Çiçəklənən Qarabağ“ adlanırdı. Tədbirdə çıxış edən E. Dəmirçiyeva qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində erməni işğalından azad edilmiş ərazilərə gözlənilən Böyük qayıdış başlayıb. Doğma Qarabağımız əvvəl olduğu kimi çiçəklənmə dövrünə başlayıb.
Tədbirdə iştirak edən 8"A", 7"A" sinfinin şagirdləri böyük maraqla hazırlanmış videoçarxları izləyib və qürurlanıblar. Sonda Esmira müəllimə belə bir mövzu üzrə hazırlanan tədbirə görə şagirdlərə öz təşəkkürünü bildirib.