Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Ümumtəhsil məktəblərində peşəyönümü xidmətinin təşkili" layihəsinin həyata keçirilməsi məqsədi ilə şagirdlərimiz Peşə liseyində olublar

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Ümumtəhsil məktəblərində peşəyönümü xidmətinin təşkili" layihəsinin həyata keçirilməsi məqsədi ilə texnologiya müəllimi Aidə İsmayılovanın rəhbərliyi ilə 9"A" sinfinin bir qrup şagirdi 5 nömrəli Peşə liseyində oldular. Peşə liseyinin kuratoru görüşdə peşəyönümü ilə əlaqədar şagirdlərə maarifləndirici məlumat verdi. Dərzilik, bərbərlik, çilingərlik, aşpazlıq və digər peşələr haqqında məlumat verdikdən sonra şagirdlər emalatxanalarla tanış oldular. Ekskursiya şagirdlərimizdə böyük maraq doğurdu.