Yanvarın 19-da məktəbin kitabxanasında “20 Yanvar - qan yaddaşımız” adlı konfrans keçirilib

Qanlı Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə reallaşan konfransda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra məktəbin tarix müəllimi Elnarə Rüstəmova çıxış edərək qeyd edib ki, 20 yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır: “Xalqımız həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda ölüm-dirim mübarizəsi aparmağa qadirdir”.
Konfransda iştirak edən 6"C" sinif şagirdləri çıxış edərək bildiriblər ki, həmin gecədə həlak olan vətən övladları müstəqilliyimizə yol açdılar. Ona görə də 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir.
Sonda 20 Yanvar şəhidləri haqqında qısa videofilm və şagirdlərin hazırladıqları təqdimat nümayiş olundu, şeirlər söylənildi, tamaşa göstərildi.