"20 Yanvar faciəsinin 32-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncama əsasən məktəbdə ədəbi-bədii kompozisiya hazırlanıb

18 yanvar 2022-ci il tarixdə məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. 20 yanvar şəhidlərinin 32-ci ildönümünə həsr olunmuş tədbiri 7"A", 8"C", 6"C", 3"C" sinif şagirdləri ilə təşkilatçı M.Əsgərova və 8"C" sinfinin Azərbaycan dili və ədəbiyyat müəllimi birgə haz;rlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Yaqut Kərimli qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik nəticəsində əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalıb. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Tədbirdə şagirdlərin ifasında 20 Yanvar faciəsinə və şəhidlərinə həsr olunan şeirlər, mahnılar səsləndirilib, hadisələri əks etdirən video-çarx nümayiş olunub.