Aşıq Ələsgərin 200 illik yübileyinə həsr edilmiş tədbir keçirilib

Tədbirlər planına uyğun olaraq məktəbdə "Aşıq Ələsgər - 200" adlı bədii-musiqili kompozisiya keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Ziyafət Bağırova və məktəbin şagirdləri tərəfindən ustad sənətkarın sözlərinə bəstələnmiş mahnılar, dastan və saz havaları haqqında məlumat verilib. Aşıq Ələsgərin Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi və bu şeirin ən uca zirvələrini fəth edən sənətkar olması, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edərək ədəbiyyatımızda böyük iz qoymasından danışılıb. Tədbirdə iştirak edən qonaqlar, 13 nömrəli musiqi məktəbinin müəllimi Mehman Dağlaroğlu, Aşıqlar Birliyinin üzvləri aşıq Rövşən Göyçəli, Əməkdar Mədəniyyət İşçisi Ələkbər Kəlbəcərli aşığın qoşmaları, təsnifləri, deyişmələrini ifa ediblər.
Sonda bu səpkili tədbirlərin keçirilməsi, tədbirin rəngarəngliyi, qonaq qismində tədbirdə yer alan aşıqların iştirakı təqdirəlayiq hal kimi qiymətləndirilib, bütün tədbir iştirakçılarına minnətdarlıq bildirilib.