Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirilib

Məktəbdə "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir

Tədbirdə Xətai rayon İcra Hakimiyyəti  başçısı aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev,  DİN-Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşı Seymur Quliyev,  Həmkərlar İtiffaqları Konfederasiyasının nümayəndəsi Afaq Yusifova,  Bakı şəhəri üzrə Narkoloji Dispanserin həkimi Vəfa Əliyeva, o cümlədən rayon polis şöbəsinin və prokurorluğun nümayəndələri də iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, eyni zamanda  yeniyetmələrin  asudə vaxtının səmərəli təşkil olunması barədə iştirakçılara  ətraflı məlumatlar verilmişdir. Şagirdləri maraqlandıran suallar  cavablandırılmışdır.  Sonda  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi