"İnsan Hüquqları Günü"nə həsr olunmuş "Dəyirmi masa" keçirilib

Dekabrın 10 - da məktəbin kitabxanasında "İnsan Hüquqları Günü"nə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Tarix müəllimi Elnarə Rüstəmova "İnsan hüqüqları haqqında ümumi bəyannamə" nin qəbul olunmasından, insan hüquqlarının təsnifatından danışıb. Dəyirmi masada iştirak edən şagirdlər çıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Konfransda şagirdlər hazırladıqları təqdimatı nümayiş etdiriblər. Qeyd edək ki, məktəbdə "İnsan Hüquqları Günü" ilə bağlı şagirdlərin çəkdikləri rəsmlərdən ibarət guşə hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi