Məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Himni ilə başlanıb. Məktəbin müəllimi Məhluqə Məmmədovanın təşkilatçılığı ilə 7"B" sinfinin hazırladığı anım günü tədbirində şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər. Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Yaqut Kərimli Ulu Öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb.