"Zəfər kuboku” adlı breyn-rinq keçirilib

Dekabrın 6-da məktəbdə “Zəfər kuboku” adlı breyn-rinq keçirilib. Yarışın təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı olub. Eyni zamanda şagirdlərdə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək intellektual yarışın əsas hədəflərindən olub. İntellektual yarışda VIII, IX, X, XI siniflər iştirak edib. 3 turdan ibarət olan bilik yarışında XI “A” sinfini təmsil edən "İndiqo” komandası qalib olub.
https://www.facebook.com/55nomrelimekteb/posts/131272805980165