2"B" sinfində Azərbaycan dili fənni üzrə "Su damcısının hekayəsi" mövzusunda "Açıq dərs" keçirilib

2"B" sinfində Azərbaycan dili fənni üzrə "Su damcısının hekayəsi" mövzusunda "Açıq dərs" keçirilib. "Su damcısının səyahəti" adlı cizgi filmi ilə dərsə başlayan müəllim şagirdlərdə motivasiya yaradıb. Müəllim Nailə Qədirova sinfə buz, su və çaydan gətirərək suyun 3 halda olmağını əyani şəkildə izah edib. Şagirdlər çox böyük maraqla müzakirələrdə iştirak ediblər. Suyun hansı halda bərk, maye və buxar ola biləcəyi haqqında sualları cavablandırıblar. Şagirdlər suyun təbiətdə dövranı ilə bağlı ilkin biliklərə yiyələniblər.