"Özünü qoru" adlı tədbir keçirilib

Dekabr ayının 3-də məktəbdə "Özünü Qoru!" adlı tədbir keçirilib.Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə “Erkən nikahlar və onların fəsadları” və "İnsan alveri" mövzusunda təqdimatlar olunub, onlar arasında maariflənmə işi aparılıb. Məktəbin biologiya müəllimi Sevinc Məmmədova erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına, cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıb. Erkən yaşda qurulan evliliklərin çox vaxt tez dağıldığı haqda fikir söyləyib.

Məktəbin 11"B" sinif şagirdləri Hüsüzadə Əziz, Şükürova Nigar, Məmmədov Nihat, Hüseynli Səfər erkən ailə quran yeniyetmələrin təhsil almasının böyük sual altında qaldığına diqqət yönəldiblər. Onlar qeyd ediblər ki, əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. 9"B" sinif şagirdləri Nəsirli Zəhra, Rəhimli Sifayi, Xasiyeva Nazənin, Abdullazadə Fatimə, Məmmədli Kənan, Məmmədov Miqdad insan alveri haqqında hazırladıqları təqdimatla çıxış ediblər. 8"C" sinif şagirdləri Abdullazadə Aysu və Qarayeva Mələk insan alverinin qurbanına çevrilmiş həyati hadisələrdən danişıblar. Mövzuya uyğun videoçarx , kinofilmlərdən fraqmentlər təqdim olunub. Sonda məktəbin direktoru Yaqut Kərimli şagirdlərə erkən nigahin fəsadlari və insan alverinin səbəbləri, ölkəmizdə bu problemin vəziyyəti və statistikasindan danışıb, şagirdlərə tövsiyyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi