"Sağlam Həyat Tərzi-Sağlam Düşüncə!" mövzusunda maarifləndirici tədbir keçirilib

26 noyabr tarixində məktəbdə "Sağlam Həyat Tərzi-Sağlam Düşüncə!" mövzusunda tədbir keçirilib. Tədbirdə biologiya müəllimi Məmmədova Sevinc sağlam həyat tərzinin əhəmiyyətindən danışıb. 8"C" sinif şagirdləri Abdullazadə Aysu "Siqaret başqa cür öldürür", Qarayeva Mələk "Siqaretin zərərləri", 9"B" sinif şagirdi Nəsirli Zəhra "QİÇS haqqında" mövzusunda təqdimatlarını nümayiş etdirib.11"B" sinif şagirdlərinin mövzuya uyğun hazırladıqları səhnəciklər və siqaretin zərərləri haqqında nümayiş etdirilən videoçarx iştirakçıların marağına səbəb olub.
Tədbirin sonunda məktəbin direktoru Yaqut Kərimli dünyada və Azərbaycanda QİÇS və Siqaret istifadəçilərinin statistikasi, səbəbləri, zərərləri haqqında danışıb.