3"B" sinfində "1000 dairəsində çıxma və azalanın təkliklər və onluqlar mərtəbə vahidlərinin 0 olduğu hal" mövzusunda "Açıq dərs" keçirilib

3"B" sinfində riyaziyyat fənnindən "1000 dairəsində çıxma və azalanın təkliklər və onluqlar mərtəbə vahidlərinin 0 olduğu hal" mövzusunda "Açıq dərs" keçirilib. “Açıq dərs”də sinif müəllimi Fərqanə Mirzəyeva tərəfindən motivasiyanın yaradılması, şagirdlərin dərsliklərlə işi, sinfin idarə olunması və sinifdə işgüzar dərs mühitinin yaradılması meyarlarına fikir verilib. Müasir təlimin qaydalarına əsaslanmış dərsdə şagirdlər dərsin gedişatını maraqla izləyib və verilən tapşırıqlar üzərində maraqla çalışıblar.
Dərsin gedişatında şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qruplar üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən təqdim edilib. Şagirdlərin fəallığı, düzgün və dolğun cavabları, dərsə tam cəlb olunmaları "Açıq dərs"i dinləyənlər tərəfindən yüksək qiymətləndirilib və dərsin müasir təlimin tələbləri səviyyəsində qurulması barədə fikirlər söylənilib.