Xüsusi sinifdə təhsil alan şagirdlərin valideynləri ilə iclas keçirilib

Noyabrın 25-də xüsusi sinifdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü təşkil olunub. Valideynlərlə görüşdə şagirdlərin dərsə davamiyyəti, diaqnostik qiymətləndirmənin nəticələri müzakirə olunmuş, valideynləri narahat edən məsələlərlə bağlı fikir mübadiləsi olmuşdur. Eyni zamanda məktəbin psixoloqu Ulduz Mollayeva tərəfindən valideynlər arasında anonim sorğu aparılmışdır. Məktəbin Uşaq Birliyi Rəhbəri Mehnaz Süleymanova tərəfindən xüsusi sinifdə təhsil alan şagirdlərin xüsusi bacarıqlarını öyrənməkdən ötrü anket sorğu aparılmışdır. Sorğunun məqsədi şagirdlərin hansı sahədə bacarıqlarının olduğunu öyrənmək və onları düzgün istiqamətləndirmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi