Xüsusi siniflərdə təhsil alan şagirdlər üçün "Keramika ilə iş" üzrə master klass təşkil olundu

12.11.2021 tarixində xüsusi siniflərdə təhsil alan şagirdlər üçün üçün “Keramika ilə iş” üzrə master klass təşkil olundu. Keramika dərslərində şagirdlərə əl və qol əzələlərini istifadə etmək şansı verilir və bu da motorika bacarıqlarını inkişaf etdirməyə kömək edir. Qazandıqları bacarıq sayəsində əlavə olaraq kiçik motorika, yazı yazma, qələm tutma bacarığı da inkişaf etmiş olur. Qeyd edək ki, keramika dərslərində şagirdlər bir-birləri ilə danışıb, məsləhətlər verib və gördükləri işi göstərib müzakirə ediblər. Bu müddətdə sosiallaşma bir uşağın digərləri ilə necə işləyəcəyini öyrənməyində bir vasitə olub. Master klassın keçirilməsində məqsəd sağlamlıq imkanı məhdud olan uşaqlara peşə bacarıqlarını inkişaf etdirmək və onları cəmiyyətə qazandırmaq olub.