Tədbirlər planına əsasən “Uşaq hüquqları aylığı” ilə əlaqədar 6"A" sinfində təşkilat saatı keçirilib

19.11.2021-ci il tarixdə məktəbin konfrans zalında “Uşaq hüquqları aylığı” ilə əlaqədar Ülviyyə Zaidovanın rəhbərliyi ilə 6"A" sinfində təşkilat saatı keçirilib. Sinif rəhbərinin uşaq hüquqları mövzusunda maarifləndirici çıxışından sonra, şagirdlər öz təqdimatlarını nümayiş etdiriblər. Qurbanlı Nəsib Ümumdünya Uşaq Hüquqları gününün yaranma tarixi haqqında məlumat verib. Məmmədova Aysel, Ağamalıyev Süleyman, Salahov Ömər, Məmmədova İradə, Nağızadə Məhəmməd və Dünyamalıyeva Gülay uşaqların yaşamaq, müdafiə olunmaq, inkişaf etmək və iştirak hüquqları barədə məlumatlarla çıxış ediblər. Konfransın sonunda Bəbirov Samid mövzu ilə bağlı hazırladığı videoçarxı nümayiş etdirib.