5"C" sinfində "Aşıq Ələsgər-200" mövzusunda təşkilat saatı keçirilib

    Tədbirlər planına uyğun olaraq Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir. 18.11.2021-ci il tarixdə 5"C" sinif rəhbəri Quliyeva Filorə sinif təşkilat saatı keçirib. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş təşkilat saatı onun şeirlərinə bəstələnmiş musiqi sədaları ilə başlayıb. Şagirdlər yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgərin xalq tərəfindən sevilmiş şeirlərindən parçalar söyləyiblər, hazırladıqları videoçarxı nümayiş etdiriblər. "Aşıq Ələsgərin sazı" əl işi və rəsmlərindən hazırlanan guşə təqdim olunub. Sonda məktəbin direktoru Yaqut Kərimli Prezident İlham Əliyevin aşıq sənətinə xüsusi diqqət və qayğısını qeyd edərək şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi şagirdlərə tövsiyyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi