"Gələcəyimizi birlikdə düşünək, zərərli vərdişlərə YOX deyək" mövzusunda tədbir keçirilib

    17.11.2021-ci il tarixində biologiya müəllimi Aynurə Mahmudova 9"A"sinfi ilə birlikdə “Gələcəyimizi birıikdə düşünək, zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirib. Tədbirdə yeniyetmələrdə zərərli vərdişlərin yaranması səbəbləri barədə söhbət aparılıb. Şagirdlərə narkomaniya, alkoqolizm haqqında məlumat verilib. Bildirilib ki, ümumbəşər bir problem olan narkomaniyaya daha çox zəif iradəli, aciz insanlar aludə olurlar. Uşaqlara narkotik və bu kimi digər psixotrop maddələrin insan orqanizminə verdiyi zərərdən və səhhətində yaratdığı fəsadlar haqqında təqdimat nümayiş olunub. Sonda məktəbin direktoru Yaqut Kərimli çıxış edərək qeyd edib ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin və hər bir şəxsin birgə və fərdi fəaliyyətinə böyük ehtiyac vardır və bu işdə hər birimiz iştirak etməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi