"Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda sagirdlərin əl işlərindən ibarət guşə hazırlanıb

Tədbirlər planına uyğun olaraq məktəblilərin əl işlərindən ibarət "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda guşə hazırlanıb. Guşənin açılmasında məqsəd şadirdlərin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, onlara təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi və bu işdə dəstək verilməsi olub. Qeyd olunub ki, şagirdlər fövqəladə hallara hazır olmalı və bu cür hadisələrdə özünü necə idarə etməyi bacarmalıdır.