2"C" sinfində riyaziyyat fənni üzrə "Ikirəqəmli ədədlərin çıxılması" mövzusunda "Açıq dərs" keçirilib

04.11.2021-ci il tarixində 2"C" sinfində riyaziyyat fənni üzrə "Ikirəqəmli ədədlərin çıxılması" mövzusunda "Açıq dərs" keçirilib. Dərs şagirdlərlə kollektiv və fərdi iş formaları ilə həyata keçirilib. Müxtəlif tipli suallar və maraqlı tapşırıqlar yerinə yetirilib. Əyləncəli tapşırıq olaraq sinif rəhbəri Nailə Quliyeva şagirdlərlə "Kim tez tapar" oyununu keçirib. Lövhəyə, cavabları hissələrə ayrılmış misallar yazılıb. Şagirdlər misalları həll etdikcə hissələri birləşdiriblər. Bu zaman lövhədə Zəfərin simvolu olan "Xarıbülbül" yaranıb. Dərsdə şagirdlər yüksək fəallıqları ilə seçiliblər. Sonda şagirdlər məlum meyarlar üzrə qiymətləndiriliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi