8 noyabr-Zəfər Günü ilə bağlı tədbir təşkil olunub

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının

sədri Vüqar Rəhimzadə, II Qarabağ müharibəsi qazisi , Xətai rayonu Vətən Müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov, "Müstəqil Respublika" qəzetinin müxbiri, şair-publisist Allahverdi Alı oğlu, şəhid Samir Əliyev və Cavid Cabbarzadənin anaları Sevda və Almaz xanım , qazilərimiz, ifaçı Seyid Rövşən qonaq qismində iştirak ediblər. Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin 11"A", 10"A", 9"A", 9"B", 7"A", 7"B", 6"C", 2"A" sinif şagirdlərinin təqdimatıında Qarabağa, Şəhidlərə, Qələbəyə, Vətənə aid seirlər, musiqilər səslənib. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyada vurğulanıb ki, qələbəni qanı ilə yazan igidlərin adı həmişə qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı tariximizin ən şərəfli səhifəsinə çevriləcək.

Tədbirdə gənc ifaçı Seyid Rövşənin ifasında Qarabağa həsr olunmuş mahnı səslənib.

Çıxış edən qazilərimiz 44 günlük Vətən müharibəsində Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şücaətdən, xalqın birliyindən danışıblar. Məktəbin direktoru Yaqut Kərimli çıxış edərək qonaqlara öz təşəkkürünü bildirib, hamını "Zəfər Günü" münasibəti ilə təbrik edib. Sonda qonaqlar Xarıbülbülə, Şuşaya, Azərbaycan Bayrağına, Qarabağa həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi