Muzeylərə gəzinti

Hörmətli oxucu, biz Sizinlə məktəbimizin 6b sinif şagirdlərinin,ötən həftələr ərzində gəzdikləri,şəhərimizin gözəl güşələrindən olan "İçəri şəhər Qorugu","Şirvanşahlar sarayı,"Səməd Vurgun ev muzeyi" və "Şah İsmayıl Xətai sərgisi"-ndən olan xatirələrimizlə bölüşmək istəyirik. Bakı şəhərinin əsası olan "İçəri Şəhər qorugu" ,öz qala divarları ilə müasir Bakını,Qədim Bakıdan sehrli bir şəkildə ayırır. Öz qədimliyi ilə seçilən "Köhnə Bakı" adlanan bu qoruq qala divarları,kücələri və kücə döşəməsi olan daşlarla bizi tariximizin gözəl ahuşuna almış,sanki sehrli bir şəkildə qısa müddətlikdə olsa keçmişə dönüş etmişdik. Həmin dövrləri əks etdirən eksponatlar şagirdlərin maragına səbəb olmuşdu. "Şirvanşahlar sarayı""İçərişəhər Qurugu"-nda yerləşən "Şirvanşahlar sarayı" şəhərinizin tarixinin ən gözəl bariz nümunələrindəndir.Saray şərq üslubunda tikilmiş və hər daşı ilə insanı valeh edir.Burada yerləşdirilmiş əşyalar,eksponatlar sarayı daha da canlandırırdı.Bu sarayı tək bir sözlə "Möhtəşəm" adlandırmaq olar.Ən qürur verici hadisə o oldu ki,bu tarixi abidəni görməyə dünyanın hər bir yerindən turistlərdə gəlmişdi. "Səməd Vurgun"-un ev muzeyi.Gəzdiyimiz yerlərdən biri də görkəmli,dahi şairimizin ev muzeyi oldu.Bu muzeydə digərləri kimi şagirdlərimizi çox maraqlandırmışdı.Şeirlərini sevə-sevə oxuyub,əzbərlədikləri dahimizin evini görmək,əşyalarını izləmək,ailəsi və yaradıcılıgı haqqında məlumat almaq çox maraqlı idi. "Şah İsmayıl Xətai"sərgisi,"Tarix muzeyi",milyonçu xeyriyyəçi "Hacı.Z.Tagıyevin ev muzeyi" oldu.Təəssüf ki,sizlərə buradakı fotolarımızı təqdim edə bilmirik.Çünki bu muzeydəki eksponatlar çox qədim tarixə malik oldugu ücün onlari xüsusi dərmanlar vasitəsi ilə qoruyurlar,hər bir şey hətta foto kameranın işıgı belə onlara ziyan vura bilərdi.Yaxşı deyiblər yüz eşitməkdənsə,bir görmək yaxşıdır.Sizlərdə bu yerləri hələdə görməmisinizsə vaxt itirməyə dəyməz! Sonda muzeylərimizə artan qaygiya görə dövlətimizə təşəkkür etmək istəyirik!Bu bizim nəsillərə ötürə biləcək ən qiymətli töhfələrimizdir.Hər birimiz tariximizə sahib çıxaq və öyrənək!