"Aşıq Ələsgər və Azərbaycan folkloru" yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilib

Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə şeir müsabiqəsi keçirilmışdir. Müsabiqənin keçirilməsi, qaliblərin seçilməsi məqsədilə münsiflər heyəti kimi məktəbin dil-ədəbiyyat müəllimləri Ziyafət Bağırova, Nailə Səmədova və kitabxanaçı Zöhrə Qarayevadan ibarət işçi qrup yaradılmışdır.
Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı" nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.
İki mərhələdən ibarət müsabiqə "Şeir", "Mahnı" və "Yaradıcı iş" olmaqla 3 nominasiya üzrə keçirilir.