Yol hərəkəti qaydalarına dair tədbir keçirilib

22 oktyabr 2021-ci il tarixdə məktəbin tədbirlər planına əsasən "Yol hərəkəti qaydaları" adı altında tədbir keçirilib. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək olub. Məktəb rəhbərliyi, 3-cü və 6-cı sinif şagirdləri, müəllimlərin iştirak etdiyi tədbirdə şagirdlərə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair məlumatlar verilib. Bu cür tədbirlərin keçirilməsinin şagirdlərin maariflənməsi, onların həyatlarının qorunması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün mühüm olduğu qeyd olunub. Tədbirdə şagirdlər yol hərəkəti qaydaları ilə bağlı rəngarəng səhnəciklər nümayiş etdiriblər. Məktəbin həyəti yol hərəkəti qaydalarına dair şagirdlərin hazırladıqları plakatlar, stendlər və yol nişanları ilə bəzədilib. Şagirdlər yol polisinə aid mahnılar oxuyub, seirlər söyləyiblər. Məktəbin direktoru Yaqut Kərimli tədbirdə iştirak edənlərə və əməyi keçən hər kəsə öz minnətdarlığını bildirərək yol hərəkətinə dair biliklərin öyrədilməsinin mühüm iş olduğunu qeyd edib.