Müstəqilliyin Bərpası Günü qeyd olunub

18.10.2021-ci il tarixində Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib. Kitabxanaçılar tərəfindən hazırlanmış tədbirdə 3b, 4c, 5a, 5b və 7b sinif şagirdləri iştirak ediblər. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət himni ilə başlanıb. Ölkəmizə həsr olunmuş və vətənpərvər ruhda yazılmış şeirlər səsləndirilib. 7b sinif şagirdləri öz çıxışlarında bildiriblər ki, 30 il bundan öncə, 18 oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa edib. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşüb.
Müstəqilliyin Bərpası Günü münasibətilə keçirilən tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib. Qeyd edək ki, Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.