Buraxılış sinif şagirdlərinin valideynləri ilə valideyn iclası keçirilib

Oktyabrın 11-də buraxılış sinif şagirdlərinin valideynləri və məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirilib. İclasda çıxış edən məktəbin direktoru Yaqut Kərimli müəllim-şagird-valideyn üçbucağının əhəmiyyətindən danışmışdır. Şagirdlərin təlim nəticələrinin yüksəldilməsi üçün birgə işin vacibliyindən bəhs etmişdir. Şagirdlərə şəxsiyyət kimi yanaşmağın əhəmiyyətini qeyd etmiş, abituriyentlərin psixoloji vəziyyətinin sabit saxlanılmasının əsas şərtlərdən olduğunu nəzərə çatdırmışdır. İclasda buraxılış imtahanlarına hazırlıq vəziyyəti müzakirə olunmuş, valideynləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi