Bakı Ekspo Mərkəzində kitab sərgisində

06.10.2021-ci tarixində 8a sinif şagirdləri tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova və sinif rəhbəri Afət Əkbərovanın rəhbərliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş Bakı Ekspo Mərkəzində kitab sərgisində iştirak ediblər. Sərginin mövzusu dahi şair Nizami Gəncəviyə həsr olunduğundan iştirakçılara onun əsərlərindən hazırlanmış tamaşalar, səhnələr, maraqlı proqramlar təqdim olunub.