5 oktyabr Müəllimlər Günü münasibəti ilə müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub

5 oktyabr Müəllimlər Günü münasibəti ilə məktəbimizin bəzi müəllimlərinə Xətai rayon Həmkarlar İttifaqı Təşkilatının adından fəxri fərman və hədiyyələr təqdim olunub. Eyni zamanda məktəbin Həmkarlar İttifaqının sədri Aidə İsmayılova rayon Həmkarlar Təşkilatı adından xüsusi olaraq fəxri fərmanla təltif edilib.