Məktəbəhazırlıq qruplarında məşğələlər başlanıb

04.10.2021 tarixində məktəbdə təhsilə atılan ilk addım - məktəbəhazırlıq qruplarında məşğələlər başlanıb. Məşğələləri ibtidai sinif müəllimləri Şəmsiyyə Quliyeva və Məhbubə Qarayeva aparıb. Gün ərzində qruplarda “Ətraf aləmlə tanışlıq”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Fiziki mədəniyyət” mövzusunda dərs məşğələləri keçirilib.
Qeyd edək ki, məktəbəhazırlıq qrupları müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.