Məktəbin şəhid məzunu Samir Əliyevin büstünün açılışı olub

Sentyabrın 28-də məktəbin yeganə məzun şəhidi olan Samir Əliheydər oğlu Əliyevin büstünün açılışı olub.Şəhidin əziz xatirəsinə həsr olunmuş tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Məmmədov, şəhidin səngər yoldaşları, sinif yoldaşları və ailə üzvləri iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yaqut Kərimli qəhrəmanlıq dastanını yazan igidlərdən birinin məhz 55 nömrəli tam orta məktəbin məzunu olduğu üçün qürur hissi keçirdiyini vurğulayıb. Bildirib ki, şücaəti ilə tarix yazan vətən oğullarını tanıtdırmaq, onların əziz xatirəsini daim uca tutmaq hər kəsin ən ümdə borcudur.Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Məmmədov Azərbaycan xalqının yenilməz, mərd olduğunu qeyd edib.O bildirib ki, əzəli torpaqlarımızda bugün dövlət bayrağımız dalğalanır.Tədbirdə şəhidin sinif və döyüş yoldaşları Samirlə bağlı xatirələrini bölüşüblər. Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Qeyd edək ki, məktəbin məzunu olmuş Samir Əliyev II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb.Azərbaycan Respublikası Prezidenti tərəfindən "Rəşadət" ordeni, “Vətənə xidmətə görə” , “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.