Anım Günü qeyd edilib

27 sentyabr Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bütün siniflərdə şagirdlərə işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı geniş məlumat verilib. Şagirdlərin hazırladıqları təqdimatlar nümayiş etdirilib.Qeyd edək ki, "27 sentyabr Anım Günü keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.