Yeni tədris ilinin ilk zəngi çalınıb

22 sentyabr I-IV siniflərdə yeni tədris ilinin başlanmasına start verilib. Bu münasibətlə keçirilən tədbirdə məktəb rəhbərliyi, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllim kollektivi, şagirdlər iştirak edib. Dövlət Himni ilə başlanan tədbirdə məktəbin direktoru Yaqut Kərimli çıxış edərək müəllim, şagird və valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib. Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxışına 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuzun qələbəsindən bəhs edərək başlayıb.
Qeyd edək ki, bütün siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.