Tədris ilinin ilk Pedaqoji şura iclası keçirilib

Sentyabrın 21-də 2021/2022-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirilib. İclasda yeni tədris ilinə hazırlıq vəziyyəti müzakirə olunub, gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilib. Məktəbin direktoru Yaqut Kərimli iclasda çıxış edərək Təhsil Nazirliyinin və BŞTİ- nin aidiyyatı üzrə təlimatlarını pedaqoji kollektivin diqqətinə çatdırıb, qarşıda duran vəzifələr barəsində danışıb. Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Həcər Rəhimova payız imtahanlarının nəticələri, məktəbdə təşkil olunan dərnəklərin fəaliyyəti barəsində məlumat verib.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova məktəbdə tərbiyə işinin düzgün istiqamətləndirilməsində sinif rəhbərlərinin fəaliyyətinin əhəmiyyətindən bəhs edib, fəaliyyət planının icra vəziyyəti ilə bağlı kollektivi məlumatlandırıb. Məktəbin psixoloqu Ulduz Mollayeva məktəbdə sağlam psixoloji mühitin yaradılmasında birgə fəaliyyətin zərurətindən danışıb, aparılan psixoloji işin təşkili ilə bağlı məlumat verib. Məktəbin kitabxana müdiri Zəhra Qarayeva şagirdlərin dərsliklərlə təminatı ilə bağlı məruzə ilə çıxış edib. Müzakirələrin sonunda gündəlikdə olan məsələlərlə bağlı qərarlar qəbul edilib.