“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” mükafatçısı

İyunun 18-də “Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
İstedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyəti vurğulanıb. Sonra müsabiqədə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər mükafatlandırılıb, diplom və hədiyyələr təqdim edilib.
Təqdim olunanlar arasında məktəbimizin 9b sinif şagirdi Hacılı Mərziyə 3-cü yerə layiq görülüb. Kollektivimiz adından şagirdimizə uğurlar arzulayırıq.