"Yay məktəbi"nə start verilir

Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin çox hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən məktəblərdə “Yay məktəbi”inin təşkil edilməsi qərara alınıb. 18-30 iyun tarixlərində məktəbimizdə "Yay məktəbi"nə start verilir. Bu müddətdə şagirdlər ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nə qoşulacaqlar. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdir.