Son zəng

İyunun 14-ü məktəbimizdə məzunlar üçün "Son zəng" çalındı. Məzunlar bu günü səbirsizliklə gözləyirdilər. Onlar oxuyur, oynayır, ürək sözlərini bölüşür, kövrəlir, zarafatlaşır... Bu gün onların günüdür. “Əlvida, məktəb illəri”, “Axır ki məzun olduq!” şüarları ilə məktəblə vidalaşan, dünənə kimi şagird olan yeniyetmələrin arzuları eynidir - tələbə olmaq, addım atacaqları həyat yollarında uğur qazanmaq. Bu yolda sizə uğurlar arzulayırıq əziz məzunlarımız. Yolunuz açıq olsun.