XI sinif şagirdləri ilə imtahan öncəsi maarifləndirici söhbət

Məktəbin psixoloqu 11-ci sinif şagirdləri ilə "İmtahan həyəcanı, onun aradan qaldırılması yolları" mövzusunda söhbət apardı. Həyəcana səbəb olan məsələlər və onların həlli yolları haqqında şagirdlərə məlumat verildi. İmtahan həyəcanının normal olduğunu, bu ərəfədə daha çox pozitiv düşünməli, təmiz havada gəzməli, qidalanma və yuxu məsələlərinə önəm verilməsi tövsiyyə olundu. Qeyd olundu ki, həyəcanlanmaq stresə, gərginliyə, imtahan zamanı arzuolunmaz nəticələrə gətirib çıxarır. Ona görə də imtahan həyəcanının düzgün idarə edilməsi, qarşıya qoyulmuş məqsədə çatmağa yardım edir.