"28 May-Respublika Günü" mövzusunda təşkilat saatı

Məktəbimizin müəllimi Aynurə Mahmudova rəhbərlik etdiyi 8a sinif şagirdləri ilə birlikdə "28 May-Respublika Günü" mövzusunda təşkilat saatı keçirdi. Şagirdlər Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun banisı-siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə haqqında təqdimatlarla çıxış etdilər. Azərbaycana dair şeirlər söyləyərək azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın vətəndaşları olduqlarına görə qürur hissi keçirdiklərini qeyd etdilər. Təşkilat saatının sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında videoçarx izlənildi.