Xalq şairi, dramaturq Səməd Vurğunun anadan olmasının 115 illik yubileyi münasibəti ilə məktəbdə silsilə tədbirlər keçirilir

Xalq şairi, dramaturq Səməd Vurğunun anadan olmasının 115 illik yubileyi münasibəti ilə məktəbdə silsilə tədbirlər keçirilir. Dil-ədəbiyyat müəllimi Telnaz Teymurovanın 8a sinif şagirdləri ilə hazırladıqları tədbirdə şairin həyat və yaradıcılığından bəhs edildi, eləcədə ədəbi-bədii kompozisiya numayiş olundu. Tədbirdə diqqətə çatdırıldı ki, ədəbiyyatımızın qızıl fondunu bəzəyən şairin əsərlərində xalqın müdrikliyi, qədim tarixi öz əksini tapıb, yazdığı lirik şeirlər, iri həcmli poema və dram əsərləri əsasında tərtib olunan tamaşalar, filmlər bu gün də aktuallığını itirməyib.
Məktəbin kitabxanasında Rəsmiyyə Kərimova və kitabxanaçı Mehparə Hacıyevanın rəhbərliyi ilə 6-cı siniflərlə Səməd Vurğunun əsərləri mütaliə olundu. Xalq şairi, ölməz bədii söz ustası haqqında ürəkdolusu yazılan işıqlı fikirlər səsləndi.