Rəsm və əl işlərindən ibarət onlayn rəsm müsabiqəsinin mükafatçıları

Səbirsizliklə sahiblərini gözləyən diplomlar nəhayət ki, şagirdlərə çatdırıldı. Əyani tədrisin ilk günündə məktəbimizin xüsusi sinif şagirdləri Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Rəsm və əl işlərindən ibarət onlayn rəsm müsabiqəsində" fəal iştirak etdiklərinə görə diplomla təltif olunmuşlar. Məktəbimizin Uşaq Birliyi Təşkilatının Rəhbəri Məhnaz Süleymanova diplomları şagirdlərə təqdim etmişdir. Təbrik edirik sizi əziz balalar. Uğurlarınız daimi olsun.