“Zərərli vərdişlərə yox deyək!” mövzusunda təşkilat saatı

Aprelin 19-da məktəbimizin biologiya müəllimi Sevinc Məmmədova rəhbərlik etdiyi 10b sinif şagirdləri ilə birlikdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda təşkilat saatı keçirdi. Yeniyetmələrdə zərərli vərdişlərin yaranması səbəbləri barədə söhbət aparıldı. Şagirdlərə narkomaniya, alkoqolizm haqqında məlumat verildi. Bildirildi ki, ümumbəşər bir problem olan narkomaniyaya daha çox zəif iradəli, aciz insanlar aludə olurlar. Sonda uşaqlara narkotik və bu kimi digər psixotrop maddələrin insan orqanizminə verdiyi zərərdən və səhhətində yaratdığı fəsadlar haqqında təqdimat nümayiş olundu.