N.Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn tədbir

Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Nizami Gəncəvi" ili elan edilib. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir səlnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Məktəbimizin kitabxanaçısı Mehparə Hacıyeva və 7b sinif şagirdləri N.Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn tədbir keçirdilər. Tədbirdə N.Gəncəvinin həyat və yaradıcılığından bəhs edildi. Şagirdlər "Leyli və Məcnun" poemasından "Oğlum Məhəmmədə nəsihət" şeirini, hikmətli kəlamları söylədilər. Sonda videoçarx, slaydlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi