Sağlamlıq imkanları məhdud istedadlı şagirdlərin əl işlərindən ibarət “Virtual sərgi”

Xüsusi siniflərdə təhsil alan Ağaxəlil Yunusov, Ulduz Cabarlı, Səfər Məhərrəmli, Fatimə Cabarlı, Camal Qarayev “Virtual sərgi”nin iştirakçılarıdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətin layiqli üzvü etmək hamının diqqətindədir. Onlara yaşamaq həvəsini, gələcəyə inam hissini, özlərinə inamı, müstəqil qərar vermək imkanını yaratmaq məqsədi ilə “Virtual sərgi” təşkil olundu. İstedadı üzə çıxan şagirdlər cəmiyyətin bərabər hüquqlu bir üzvü olduqlarını dərk edir, bilik və bacarıqlarını artırmaq üçün əzmlə çalışırlar.

Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə hazırlamaqdan ibarətdir.

https://www.youtube.com/watch?v=GrFv85lkegc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi