Təbiətin qoynunda sonuncu əyani dərs

Məktəbimizdə sonuncu əyani dərs təbiətin qoynunda keçirildi. İbtidai siniflər "Həyat bilgisi" dərsindəki yeni mövzu haqqıda məlumatları məktəbin həyətində müəllimlərindən aldılar. Şagirdlərə ağaclar, çiçəklər haqqında məlumatlar verildi. Müəllimlər qeyd etdilər ki, ağac əkməklə təbiətə can vermək, ətraf mühiti yaşıllaşdırmaq və onun faydalarından bəhrələnmək lazımdır. Yaşıllıqların qorunması və yeni ağacların əkilməsi bizim və gələcək nəsillərin həyatında böyük təsirə malikdir. Təbiət guşələrində ağacların seyrəlməsi və tullantıların artması ən böyük problemlərdən sayılır. Buna görə də, yaxşı olar ki, hər birimiz ağaclar əkək və təbiətə yeni can verək.