Aprel döyüşləri: Zəfərə gedən yolun başlanğıcıdır

2 aprel 2021-ci il tarixdə "Aprel döyüşləri: Zəfərə gedən yolun başlanğıcıdır" adlı tədbir keçirildi. Tədbirdə "Aprel döyüşləri" və "Aprel şəhidləri" anıldı. Sonra "Rəşadətli Azərbaycan Ordumuz" adlı guşə qarşısında müəllimlər şagirdlərə hadisə haqqında məlumat verərək qeyd etdilər ki, Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüşlərdən biri olmuşdur. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında nəyə qadir olduğunu bir daha 2020-ci il sentyabrından başlayan 44 günlük Vətən müharibəsindən sonra düşmən üzərində qələbə çalmaqla göstərmişdir. Torpaqlarımız azad edilmiş, şəhidlərimizin qisası alınmışdır. Şagirdlərimiz bu mövzuda hazırladıqları təqdimatları nümayiş etdirərək şəhidlərin adlarını həmişə uca tutacaqlarına söz verdilər. Qeyd edək ki, bu tədbirin keçirilməsində əsas məqsəd qəhrəman döyüşçülərimizi, hərbçilərimizi şagirdlərə tanıtmaq və şəhidlərimizin xatirəsini yaşatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi