"31 mart Azərbaycanlıların Soyqırımı Günü" adlı tədbir keçirildi

30.03.2021 tarixində məktəbin kitabxanasında "31 mart Azərbaycanlıların Soyqırımı Günü" adlı tədbir keçirildi. Tədbirdə 8b və 5c sinif şagirdləri fəal iştirak etdilər. Əvvəlcə şagirdlər ermənilərin Azərbaycan torpaqlarına köçürülmə tarixi və onların çirkin planları haqqında qısa məlumat verdilər. Sonra 31 mart, 1-2 aprel tarixlərində Bakı şəhəri və bölgələrdə azərbaycanlılara qarşı baş verən qırğınlar, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması, erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri barədə çıxış etdilər. Ümumilli liderimiz Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə qiymət verilməsi xüsusi vurğulandı. Sonda şagirdlər soyqırım qurbanlarının və şəhidlərimizin qanının yerdə qalmadığını və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı ermənilərin üzərində qələbəmiz nəticəsində qisasın alındığından danışdılar.