Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində "dəyirmi masa" keçirildi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar məktəbimizdə tədbirlər keçirilməsi davam edir. Məktəbin kitabxanasında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində 8b sinif şagirdləri ilə "dəyirmi masa" keçirildi. 8a sinif şagirdləri tərəfindən "Kərpickəsən kişinin dastanı" əsəri səhnələşdirildi.
Məktəbimizin foyesində isə Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş fotoşəkillər və rəsmlərdən ibarət guşə hazırlandı.