IX siniflərdə monitorinq keçirildi

Məktəbin illik Fəaliyyət planına uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə martın 15-də 9-cu siniflərdə karantin qaydalarına riayət edərək monitorinq keçirildi. Monitorinqdə IX siniflərin buraxılış imtahanlarına uyğun olaraq şagirdlər açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırdılar. Sınaq qiymətləndirmənin cavabları yoxlanaraq edilən səhvlər siniflərdə fənn müəllimləri tərəfindən şagirdlərlə müzakirə ediləcəkdir.