“Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqələri

Bildiyimiz kimi 2021-ci il “Nizami Gəncəvi ili” elan olunmuşdur. Bu münasibətlə Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında 2021-ci ilin 10 fevral – 10 mart tarixlərində “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqələri elan etmişdir. Bu müsabiqədə rəsm üzrə məktəbimizi 9 xüsusi sinif şagirdləri Cabarlı Ulduz və Yunusov Ağaxəlil təmsil edirlər. Şagirdlərimiz Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlərini öz rəsmləri ilə nümayiş etdirəcəklər. Uğurlar hər birinizə.